03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gömrükdə külli miqdarda siqaret müsadirə edildi

28.12.2021


Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən külli miqdarda aksiz markasız tütün məhsullarının realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən məlumata görə, komitənin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə naməlum şəxslərin həmin məhsulları Bakının Yasamal rayonunda yerləşən köşkdə saxlaması və ayrı-ayrı şəxslərə satması arədə məlumat daxil olub. Dərhal yaradılmış əməliyyat qrupu tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib, belə predmetlərin satılması və satış məqsədi ilə saxlanılması müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında ərazidə yerləşən köşkə baxış keçirilib, ümumilikdə 43 adda 115 720 ədəd aksiz markasız siqaretlər aşkar edilərək götürülüb.