04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş Prokurorluqdan sosial media istifadəçilərinə xəbərdarlıq edilib

28.12.2021


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatları sensasiya naminə yaymaqla qeyd edilən qanunun 13-2-ci maddəsinin tələblərini pozan Bəxtiyar Yusub oğlu Yusubov, Seymur Şirbala oğlu Günəşli, Bəxtiyar Qafqaz oğlu İsmayılov, Mahir Nadir oğlu Namazov və Musa Mazan oğlu Əzizova "Prokurorluq haqqında” Azərbaycan qanununun 22-ci maddəsinə əsasən xəbərdarlıq elan edilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Azərbaycan Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməklə, dəqiqləşdirilməmiş və təhrif olunan məlumatların ictimailəşməsindən çəkinməyə çağırmaqla, qadağan edilən, eləcə də cəmiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da ən ciddi tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır.