04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bazarda mənzil satışı niyə dayandı?

28.12.2021



Mənzillərin qiymətinin təxminən 15-20% artacağı gözlənilir.

Bu sözləri əmlak üzrə ekspert Elnur Fərzəliyev mənzillərin satışında kəskin azalmanın səbəbi haqda danışarkən deyib.

O bildirib ki, ən çox alğı-satqı kreditli mənzillər üzərindən baş verir:

"2021-ci ildə tikinti materiallarının qiyməti kəskin artdı. Bu da birbaşa satış qiymətlərinə təsir etdi. Bu səbəbdən tikilməkdə olan yeni binalarda qiymət artımı qaçılmaz olacaq. Qiymət artımına təsir edən digər amil yeni tikililər üçün torpaq sahələrinin məhdudlaşdırılması, eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərtləşdirdiyi qərarlardır. Çünki zamanında icra hakimiyyətləri və digər orqanlar pərakəndə şəkildə tikinti üçün sərəncamlar verirdilər. Əgər bir ərazidə daha çox bina tikilə bilərdisə, hazırda bu, yarıya qədər azaldılıb. Bütün bunlar da qiymət artımına təsir edir”, - ekspert bildirib