04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada Əliyevlə Paşinyan görüşündə hansı müzakirələr olacaq?

28.12.2021


Hər platforma, hər beynəlxalq səviyyəli konfrans ikitərəfli və çoxtərəfli münasibətlərin müzakirəsi baxımından bir fürsətdir. Lakin Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə İlham Əliyev və Nikol Pa şinyanın hansısa bir yekun sənədə imza atacağını düşünmürəm.

Bu sözləri  Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, ənənəvi olaraq münaqişədən sonra tərəflər arasında görüşlər və imzalanan sənədlər xüsusi mahiyyət daşıyır:

"Peterburqda keçirilən görüşün əsas səbəbi MDB-nin 30 illiyidir. Əlbəttə ki, bu toplantıda İlham Əliyev və Paşinyan görüşə, müxtəlif məsələləri müzakirə edə bilər. Ancaq Qarabağ kimi onillərlə beynəlxalq aləmi məşğul edən ciddi bir məsələ ilə bağlı bəyanat və anlaşmaların imzalanması üçün xüsusi zirvə görüşlərinin təşkil edilməsi lazımdır. Çünki bu, həm vasitəçi dövlət olaraq Rusiya, həm də tərəf dövlətlər olan Azərbaycan və Ermənistan üçün tarixi və siyasi əhəmiyyət kəsb edir”.