04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

10-dan çox auditorun fəaliyyəti dayandırıla bilər

27.12.2021


Azərbaycanda 10-dan çox auditorun fəaliyyəti dayandırıla bilər
Auditorlar Palatası bu ilin I yarısında üzvlük haqqının ödənilməsi vəziyyəti barədə qərara əməl etməyən - noyabrın 1-nə qədər quruma borclu olan auditor təşkilatlarının və sərbəst auditorların siyahısını açıqlayıb.
Siyahıda 10 hüquqi və 4 fiziki şəxsin adı var.

Onlar aşağıdakılardır:

- "ASON AUDİT” MMC - (direktor Vəkilov Orxan)
- "Consulting Service of Baku" MMC - (direktor Qədirov Vidadi)
- "EON Audit" MMC - (direktor Ağayev Orxan)
- "Eurocond Plus" MMC- (direktor Camal-zadə Anar)
- "Fairness Consalting Grup" MMC – (direktor Məmmədov Eldəniz)
- "Next Audit Konsalting” MMC - (direktor Həsənov Bəhlul)
- "Premium Audit” MMC - (direktor Kərimov Natiq)
- "RM Audit” MMC- (direktor Miriyev Rasət)
- "V.İ.P Audit” MMC - (direktor Fərəcov Elçin)
- "VXA AUDİT” MMC - (direktor Qurbanov Elçin).
- Eminov Otello Zəkəriyyə oğlu
- Quliyev Elçin Vaqif oğlu
- Rzayev Akif Məlik oğlu
- Sadıxov Musa Sərxan oğlu

Auditorlar Palatası bəyan edib ki, auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti sistemində şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar sifarişçilərin mənafelərinin qorunması məqsədilə üzvlük haqqını tam ödəməyən auditor təşkilatları və sərbəst auditorların fəaliyyəti gələn il yanvarın 1-dən dayandırılacaq və bu barədə məlumat onların risk qrupunda olmalarının sifarişçilərin nəzərlərinə çatdırılması məqsədilə qurumun internet səhifəsində yerləşdiriləcək