04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİM yanvar-fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb

27.12.2021

 
Dövlət İmtahan Mərkəzi gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb.

Mərkəzdən  verilən məlumata görə, yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək. Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.

Bütün imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış ola bilərsiniz:

İmtahanın adı

Tarixi

Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı

İmtahanın adı

Tarixi

Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı

23 yanvar

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı

23 yanvar

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup)

13 fevral

Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı

13 fevral

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı

20 fevral

Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)

20 fevral

Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı

27 fevral

Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı

28 fevral

TOEFL imtahanı

8, 22 yanvar

12, 19 fevral

GRE imtahanı

9 yanvar

4 fevral

TKT (Teaching Knowledge Test) imtahanı

29 yanva