04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha üç qazimiz Türkiyəyə müalicəyə göndərildi

27.12.2021


Ağır yaralanan daha üç qazimiz "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
 Fonddan verilən məlumata görə, müalicə üçün Türkiyəyə göndərilən qazilərimiz Xəlilov Saleh Aydınəli oğlu, Əliyev Qüdrət Məhəmməd oğlu və Babayev Orxan Səfər oğludur.

"YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

"YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 157 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 116-sının müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.