25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ceyhun Bayramov İranla razılaşmalardan danışıb

27.12.2021


Azərbaycanın XİN başçısı İranla əldə olunan razılaşmalardan danışıb .
"İranla Xarici İşlər Nazirliyi səviyyəsində siyasi məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsi barədə razılığa gəldik. Bu ən azı 6 aydan bir olacaq”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.

"Azərbaycan və İran XİN-ləri arasında kommunikasiya sahəsində İşçi qrupun yaradılması razılığı əldə olunub. İşçi Qrupa Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə İran XİN sözçüsü rəhbərlik edəcək”, - C.Bayramov bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfərinə toxunan C.Bayramov deyib: "Səfər zamanı Qız Qalası-Xudafərin hidroqovşaqların istifadəyə verilməsi, Ordubad Su Elektrik stansiyasının, Astara çayı üzərindən avtomobil və piyada körpüsünün tikilməsinin başa çatdırılması və digər məsələlər müzakirə edilib”.