04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

24.12.2021


Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan milli iqtisadiyyatın və sosial sahənin inkişafına yönəlmiş genişmiqyaslı proqramlar həyata keçirir. Respublikanın regionda və beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə möhkəmlənib.

Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Ticari-iqtisadi, investisiya, elmi-texniki və mədəni-humanitar sahələrdə əməkdaşlıq da durmadan genişlənir, mühüm birgə layihələr uğurla həyata keçirilir.

Əminəm ki, praktiki qarşılıqlı fəaliyyətin bundan sonra da dərinləşməsi, yeni perspektivli təşəbbüslərin həyata keçirilməsi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının mənafelərinə tam müvafiqdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və məsul dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”.