04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə-İsrail münasibətləri yaxınlaşır :Azərbaycanın rolu boyükdür

24.12.2021


"Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan yəhudi icmalarla görüşü ilə həqiqətən də son bir neçə ayda ardıcıl ikinci dəfə İsrailə, dünyaya növbəti mesajı verdi".

Bunu israilli politoloq Mixail Finkel deyib.

İsrailli ekspert bildirib ki, bu gün Türkiyənin İsrailə, İsrailin də Türkiyəyə ehtiyacı var:

"Ərdoğanın bu təşəbbüsündən sonra İsrail prezidenti ilə müsbət istiqamətdə söhbətləri alına bilər. Çünki mən artıq bu təşəbbüsün çox böyük müsbət dinamikasını görürəm. Türkiyə Prezidenti icma nümayəndələri ilə görüşü zamanı İsrail dövləti ilə bağlı müsbət fikirlər səsləndirdi. Eyni zamanda Türkiyə də İsrail üçün əhəmiyyətli bir tərəfdaş, bir iş ortağıdır. Ölkələrimiz arasında 5,5 milyard dollarlıq ticarət dövriyyəsi mövcuddur. İsrail və Türkiyə bir-birinə hörmət edir. Hər hansı bir İsrail mağazasına getsək orada hər yerdə böyük miqdarda türk malları görəcəyik.

Türkiyənin mövcud çoxsaylı problemlərlə bağlı narahatlığını anlamamaq olmaz. Suriyada böyüyən Türkiyə, burada bir neçə problemlərrə qarşı mübarizə sərgiləyir. Orada eyni zamanda İran qüvvələri də var və Hizbullahın da etdikləri göz önündədir. İsrail də Suriya cəbhəsində həm yeni hərbi bazaları, həm orada tikilən İranın hərbi anbarlarını daim bombalayan fəal oyunçudur və İsrailin də burada müəyyən rolu, çəkisi və təsir imkanları var. 

Hadisələrin belə cərəyan etdiyi bir vaxtda Ərdoğan da çox yaxşı anlayır ki, yəhudi icmaları ilə görüş çox vacibdir. Ərdoğan antisemit olmadığını vurğulamağa borclu idi ki, o, yəhudiliyə yaxşı münasibət bəslədiyini nümayiş etdirsin. Türkiyənin yəhudi icmaları ilə yaxşı rəftarı diqqətdən qaçmır. O, təbii ki İsrailin Türkiyə üçün lazım bir fiqur olduğunu başa düşür. Bu gün Türkiyənin İsrailə ehtiyacı var. İsrail-Türkiyə yaxınlaşması regionda artan təhdidlər fonunda və bizim ümumi düşmənlərimiz, dostlarımız və ən əsası yuxarıda sadalanan hər şeyin mahiyyəti fonunda real müttəfiqlikdir.

Bütün bunların arxasında, əlbəttə ki, Türkiyə ilə İsrail arasında bəzən yaranmış bu çətin münasibətləri hamarlayan və kömək edən günün qəhrəmanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amili var. Bu gün İlham Əliyevin doğum günüdür. Bu münasibətlə onu ürəkdən təbrik edirəm. 

İlham Əliyev əsl diplomatdı, körpüdü, o, çevik müdrik, siyasətçi, yüksək rütbəli beynəlxalq aləmin hörmət etdiyi siyasətçi kimi İsrail-Türkiyə münasibətlərinin normallaşdırılmasını öz üzərinə götürdü ki, bu dövlətlər arasındakı intiriqalar sona çatsın. Elə buna görə də Azərbaycan liderinə ayrıca təşəkkürümü bildirirəm".