04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclis Prezidenti təbrik etdi

24.12.2021


Milli Məclisin iclasında spiker Sahibə Qafarova parlament üzvləri adından Prezident İlham Əliyevi 60 illiyi yubileyi münasibətilə təbrik edib. 

 Sahibə Qafarova Prezidentin tərcümeyi-halına nəzər salıb. 

Spiker ulu öndər Heydər Əliyev və onun davamçısı İlham Əliyevin siyasətinin sayəsində Azərbaycanın qazandığı uğurlardan söz açıb. 

Milli Məclis sədri qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü təmin edən lider kimi tarixə düşüb. 

"Xalqımız öz Prezidenti ilə qürur duyur”, - deyə Sahibə Qafarova bildirib. 

Sahibə Qafarova söyləyib ki, Milli Məclis adından Prezidentə təbrik məktubu hazırlanıb.