04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağda mobil internetin bərpası

24.12.2021


44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra ölkə rəhbərliyi qarşımıza yeni gündəm, yeni hədəflər qoyub.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.

"Həmin hədəflərdən biri rəqəmsal transformasiyaya nail olmaqdır. İşğaldan azad edilmiş ərazilərdə Bu günə qədər mobil internet şəbəkəsinin 52% bərpasına nail olunub. Bu çox böyük göstəricidit. Əgər 1998-ci ildən etibarən baxsaq, yalnız 2016-cı ildə ölkə üzrə mobil şəbəkəni (işğal olunmuş ərazilər istisna olmaqla) 95% təmin etməyə nail olmuşduq. Amma qısa müddətdə 52%-lik nəticə əldə etdik. Bu, böyük uğurdur və biz həm sabit həm də mobil şəbəkə ilə bağlı işləri davam etdirəcəyik”, - deyə o qeyd edib.