28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Senator xərçəngdən müalicəni dayandırır

25.08.2018

Son bir ildə beyin xərçənginə qarşı mübarizə aparan senator Con Makkeynin ailəsi müalicə kursunun dayandırılmasını elan edib.
Vyetnam müharibəsinin qəhrəmanı və respublikaçı siyasi veteran Makkeynin hər iki partiyadan olan həmkarları bununla əlaqədar təəssüfləndiklərini bildiriblər. Makkeynin ailəsinin bəyanatında deyilir: "Keçən il Con Makkeyn öz ailəsinə artıq məlum olan xəbəri amerikalılara bildirdi: onda aqressiv qlioblastoma aşkar edilib və proqnoz heç də təsəlliverici deyil. Ötən bir ildə Con ömrünün qalan hissəsi barədə bütün proqnozları üstələdi, lakin xəstəliyin inkişafı və qarşısıalınmaz qocalma prosesi öz hökmünü verdi. Makkeyn ona xas olan iradə nümayiş etdirərək müalicə kursunu dayandırmağı qərara aldı”.
Beyin xərçənginin ən aqressiv forması olan qlioblastoma xəstəliyinə yaşlı kişilər daha çox hallarda tutulur.
Con Makkeyn uzun illər ABŞ Konqresində Arizona ştatını təmsil edib. O, Vaşinqtonda Respublikaçılar Partiyasının ən nüfuzlu nümayəndələrindən biri idi.
Makkeyn Vyetnamda döyüşüb, onun təyyarəsi vurulandan sonra beş ildən çox əsirlikdə qalıb. Kapitoliya təpəsində xidmət etdiyi 35 il ərzində altı dəfə Senata seçilib. 2000-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olub, lakin ilkin seçkilərdə qubernator Corc Buşa uduzub və Buş ABŞ Prezidenti seçilib. 2008-ci ildə Makkeyn Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd idi, lakin demokrat Barak Obamaya uduzdu. Son üç ildə Makkeyn Donald Trampın ən qatı tənqidçilərindən biri olub.