29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq

23.12.2021

 
"Bu yaxınlarda Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq".

Bunu xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycana rəsmi səfərə gəlmiş həmkarımla görüş zamanı hər iki ölkənin qarşılıqlı olaraq səfirliklərinin açılmasına dair müzakirələr aparılıb: "Bununla yanaşı, pandemiyadan sonra turizm, humanitar, təhsil sahələrində ikitərəfli əlaqələr, o cümlədən iqtisadi, enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək istiqamətində atılacaq addımlar müzakirə olunub.