28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ”-“Şerif” oyununu kim idarə edəcək

25.08.2018

UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində avqustun 30-da Ağdamın "Qarabağ” və Moldovanın "Şerif” komandaları arasında keçiriləcək cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.
Qarşılaşmanın idarə olunması makedoniyalı hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Aleksander Stavrev olacaq. Ona Maryan Kirovski, Deyan Kostadinov və Dimitar Meçkarovski kömək edəcəklər. Belçikalı Yohan Verbist hakim-inspektor, latviyalı Yevgeni Milevski UEFA nümayəndəsi kimi çalışacaq.
Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Xatırladaq ki, Moldovada keçirilən ilk görüşdə "Şerif” komandası minimal hesabla qalib gəlib.