Azərbaycan Prezidentinin və Almaniyanın Federal Kanslerinin  geniş tərkibdə görüşü keçirilib 
    
                          
     
                         25.08.2018
 
    
                        Avqustun 25-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
 Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış etdilər.