29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəngilanda toy keçiriləcək?

23.12.2021


Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilən Zəngilan rayonunda toy mərasiminin keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bəzi sosial şəbəkə hesablarında Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçiriləcəyinə dair yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

"Hazırda həmin kənd ərazisində yenidənqurma və bərpa işləri davam etdirilir. Quruculuq işləri yekunlaşdıqdan sonra qısa zaman ərzində soydaşlarımızın öz doğma torpaqlarımızda məskunlaşdırılması planlaşdırılır”,- A.Qiyaslı deyib.