27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səfərini ləğv edib

25.08.2018

ABŞ-ın dövlət katibi Maykl Pompeo avqustun 27-nə planlaşdırılan Şimali Koreya səfərini ləğv etmək qərarına gəlib.
TASS informasiya agentliyi xəbər verir ki, bunu Pompeo telefon danışığı zamanı hazırda ABŞ-da rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Konoya deyib.
Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp dövlət katibi Maykl Pompeoya Vaşinqtonun Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə yetərli irəliləyişi görmədiyi üçün KXDR-ə səfərini ləğv etməyi tapşırmışdı.
Pompeo gələn həftə Pxenyana səfər etməli, ardından isə Yaponiyaya gedərək ölkənin xarici işlər naziri Taro Kono ilə KXDR səfərinin nəticələrini müzakirə etməli idi.