09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təəssüf ki, alpinistlər tapılmadı - Klub rəhbəri

01.02.2018

"Dekabrın 28-dən yanvar ayının 16-a kimi axtarışlarda iştirak elədim. İstirahət edib, yenidən dağa qayıtdım. Yenicə dağdan gəlmişəm. Sabahdan axtarış prosesinə yenidən qoşulacam”.
Dövran Media xəbər verir ki, bunu bizimyol.info-ya itkin düşən alpinistlərin axtarış prosesində iştirak edən, idman dırmanması üzrə təlimçi, "Şəki A.M.A” idman klubunun rəhbəri Müşfiq Səmədli bildirib.
O deyib ki, axtarış prosesində iştirak edən alpinistlər itkin düşən alpinstlərin tapılması üçün əllərindən gələni edirlər: "Axtarışlar əsasən Mahmuddərə adlanan ərazidə aparılır. Hətta Yeni il bayramında da axtarışı davam etdirdik. Çox təəssüf ki itkin düşən alpinistlər tapılmadı. Onların üçü də mənim dostum idi. Cəbrayılzadəni 6 ildir tanıyırdım, hamıya kömək etməyə çalışan, güləriz insan idi. Heyif..”.
Müşfiq Səmədli bildirib ki, ilk günlər axtarış prosesində iştirak edən alpinistlər çox idi: "Əvvəllər axtarışa könüllülər də qoşuldu. Xınalıq camaatı da bizə kömək edirdi. Hazırda axtarışda iştirak edən yetəri qədər alpinist var”.
"Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə dekabrın 27-də başlanan axtarış işləri davam etdirilir.