02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kadırov Türkiyəni terrorçuları dəstəkləməkdə ittiham edib

22.12.2021

 
Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə hakimiyyətini Rusiyada cinayət törədən terrorçuları dəstəkləməkdə ittiham edib və Rusiya XİN-ni bu ölkəyə qarşı diplomatik tədbirlər görməyə çağırıb.

Bu barədə o, rəsmi Teleqram kanalında yazıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da terrorçular barədə qərar vermək tələbi ilə müraciət edib:

"Ya siz terrorçuları açıq şəkildə dəstəkləyən dövlət statusu alacaqsınız, ya da Rusiyanın arxasından iş görməyən şəffaf və dürüst münasibətlərin tərəfdarı olacaqsınız”.

Kadırov qeyd edib ki, terrorçular Türkiyədə sığınacaq tapıb, açıq şəkildə tədbirlər keçirib, parka terrorçunun adının verilməsini istəyirlərsə, Çeçenistan da buna qarşılıq verə bilər:

"Məsələn, bu halda Kürdüstan Fəhlə Partiyasının (PKK terror təşkilatı - red) qurucusu, Türkiyədə həbs cəzası çəkən Abdulla Öcalanın adının Qroznıda əbədiləşdirilməsi bizim tərəfdən olduqca siyasi və məntiqli addım olardı”.

Qeyd edək ki, ötən həftə Türkiyənin Kocaeli şəhərində keçmiş çeçen komandir Cövhər Dudayevin adını daşıyan parkın açılışı olmuşdu.