02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dəhşətli qəza: avtomobil ər-arvadı vurub öldürdü

22.12.2021


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Hadisə Xəzər rayonu Mərdəkan şosesi istiqamətində yolda qeydə alınıb.

Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi "Jeep Grand Cherokee” markalı avtomobillə yolda hərəkət edən zaman piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zahid Kazımovu vurub. 

Nəticədə piyadalar aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.