02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qətlə yetirilən gəncin iki ay sonra toyu olacaqmış

21.12.2021

Hadisə ötən gün Çikaqoda baş verib.
İddia edilib ki, həmyerlimiz Qurban Bağırov avtomobil idarə edərkən digər sürücü ilə aralarında yaranan mübahisə zamanı güllələnib.

Hadisəni törədən şəxs ondan yol istəyən azərbaycanlı gəncə atəş açıb.

Ötən gün ABŞ-da qətlə yetirilən azərbaycanlı Qurban Bağırovun iki ay sonra toyu olacaqdı.

Bununla bağlı  mərhumun yaxınları məlumat verib.

Onların sözlərinə görə, Q.Bağırov 6 il əvvəl Amerikaya yollanıb. Orada təhsil alan 25 yaşlı Qurban daha sonra çalışmağa başlayıb.

Hazırda mərhumun yaxınları cəsədinin Azərbaycana gətirilməsi üçün danışıqlar aparır. Bu prosesin 2 həftə ərzində reallaşacağı deyilir.