Özünü Məsçidülhəramın damından  atıb 
    
                          
     
                         25.08.2018
 
    
                        Məkkədə naməlum şəxs özünü Məsçidülhəramın damından ataraq intihar edib.
Bu barədə Məkkədəki Müqəddəs Məscidin təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, intihar edən şəxs məscidin damından özünü ataraq Kəbənin ətrafında təvaf edən çoxlu sayda zəvvarın olduğu yerə düşüb. O, yerindəcə ölüb. İki zəvvar xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti sabitdir.
Şəhərin hüquq-mühafizə orqanları intihar edən şəxsin kimliyini, hansı ölkədən gəldiyini və hadisənin təfərrüatını araşdırır.