02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiyada üç cinayətkarın edamı

21.12.2021


Yaponiyada ədliyyə naziri Yosihisa Furukavanın əmri ilə edam cəzasına məhkum edilmiş üç cinayətkar edam edilib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, cinayətkarların adları açıqlanmır.

Bu, cari ilin oktyabrında vəzifəyə gələn baş nazir Fumio Kişida dövründə ilk edam hökmünün həyata keçirilməsidir.

Yaponiyada sonuncu dəfə edam 2019-cu ildə həyata keçirilib. O, yapon ailəsinin qətlində əli olan ÇXR vətəndaşı idi.

Yaponiya Vəkillər Assosasiyası dəfələrlə ölkədə ölüm hökmünün ləğvini və onun ömürlük həbslə əvəz olunmasını tələb edib. Edam yalnız ölkənin ədliyyə nazirinin yazılı əmrindən sonra həyata keçirilir.