02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Londonda Yeni il şənlikləri ləğv edildi

21.12.2021


Böyük Britaniya rəhbərliyi ölkədə koronavirusun "Omikron” ştammının yayılması səbəbindən Trafalqar meydanında keçirilməli olan Yeni il şənliklərini ləğv edib.

Bu barədə Londonun meri Sadiq Xan məlumat verib:

"Bu, bir çox londonluları çox məyus edəcək, lakin biz virusun yayılmasını azaltmaq üçün düzgün addımlar atmalıyıq”.

Dekabrın 8-də Britaniya hökuməti "Omikron” ştammının yaratdığı təhlükə ilə əlaqədar bir sıra məhdudiyyətlər elan edib.

Böyük Britaniyada son günlər sutkalıq 80-90 min koronavirusa yoluxma halı aşkarlanıb. Bunlar pandemiyanın başlanğıcından bəri ölkə üçün rekord göstəricidir. Yoluxanların 60 faizində "Omikron” ştammı aşkarlanıb.

Mənbə: TASS