Ermənistanla sərhəddə saxlanılan iki hərbçimiz geri qaytarıldı  
    
                          
     
                         21.12.2021
 
    
                        
Dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi geri qaytarılıb.
Bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.
O bildirib ki, saxlanılan iki azərbaycanlı bu gün Azərbaycan tərəfə təhvil verilib.
Qeyd edək ki, dekabrın 19-da isə Azərbaycanda saxlanılan 10 erməni hərbçisi Ermənistan tərəfə təhvil verilmişdi