06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazi deputat köməkçisi təyin edildi

20.12.2021


Vətən müharibəsi qazisi Milli Məclisin deputatı Aydın Mirzəzadəyə köməkçi təyin edilib.
Bu barədə Aydın Mirzəzadə özünün "Facebook” hesabında məlumat yayıb.

"Mənim təklifimlə bu vəzifəyə Mingəçevir sakini Məmmədov Pərvin Həzi oğlu təyin edildi.

Bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin Aparatı üzrə əmr imzalanıb”, - deyə Aydın Mirzəzadə əlavə edib.

Pərvin Məmmədov 1980-ci ildə anadan olub, peşəkar hərbçidir. Bakı Ali Hərbi Məktəbini bitirib. 20 ildən çox ordu sıralarında xidmət edib. Vətən müharibəsində tabor komandirinin müavini kimi iştirak edib. Xocavənd döyüşlərində ağır yaralanıb, sağ qolundan ciddi zədə alıb. Hazırda ehtiyatdadır.

O, bir sıra medalla təltif edilib.