06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kür üzərində yeni körpü: Zəngəzur dəhlizinə birləşəcək

20.12.2021


Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsində, Kür çayı üzərində yeni körpü tikilir.

Körpünün tikintisi başa çatdıqdan sonra köhnə dəmir yolu körpüsünün yenidən qurulmasına başlanacaq.

Tikintiyə nəzarət şöbəsinin rəisi Əflan Sadıqlı bildirib ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində aparılan yeni dəmiryol körpüsünün inşasına bu ilin əvvəlində başlanılıb:

"Ələt-Horadiz-Ağbənd dəmiryol xəttinin Ələt-Osmanlı hissəsində Kür çayı üzərində mövcud körpünün yenidən qurulması və ona paralel olaraq yeni körpünün inşası davam etdirilir. Körpünün uzunluğu 260 metr, eni 5,7 metrdir. Körpünün əsas bünövrə hissəsi dəmir-beton konstruksiyalardan ibarətdir, qalan hissələri metal konstruksiyalardan ibarət olacaq”.

Onun sözlərinə görə, inşaat işləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə Körpü-Bina-Tikinti MMC tərəfindən həyata keçirilir:

"Tikintidən öncə ağırtonnajli texnikaların və digər nəqliyyat vasitələrinin normal hərəkət etməsi üçün Kür çayı üzərində müvəqqəti estekada qurulub. Artıq tikinti zamanı xeyli sayda svaylar vurulub, körpünün yan dayaqlarının özülündə isə dəmir-beton işləri yekunlaşıb. Hazırda dəmir-beton işlərinin görülməsi ilə yanaşı aşırım hissəsində metal konstruksiyalar quraşdırılır