09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Minskdə Nizami Gəncəvinin heykəli ucaldılıb

20.12.2021


Belarusun paytaxtı Minsk şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılıb.

Abidə 2021-ci ilin "Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək hazırlanıb. Abidə şəhərin mərkəzi hissələrinin birində - Azərbaycanın Belarusdakı səfirliyinin binası yaxınlığında ucaldılıb.

Müəllifi Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov olan abidənin hündürlüyü postamentlə birgə 3,5 metrdir.

Yaxın zamanlarda abidənin rəsmi açılışının olacağı gözlənilir.