30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran COVID-19-a qarşı peyvənd ixracına başlayacaq

20.12.2021


İranda koronavirusa qarşı istehsal olunan peyvəndlər yaxın aylarda ixrac olunacaq. İqtisadi sanksiyalara baxmayaraq İran 6 peyvənd istehsal edərək əhalini tam olaraq təmin edib.

Bu sözləri İranın səhiyyə nazirinin müavini Yunis Pənahi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bəzi avadanlıqların ölkəyə gətirilməsindən sonra kütləvi şəkildə peyvənd istehsalına başlanılacaq və ixrac potensialı yaranacaq.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, ölkədə koronavirusun yayılması və ölüm halları azalmaqda davam edir ki, bunun da əsas səbəbi əhalinin 85 faizdən çoxunun peyvənd olunmasıdır. Son 24 saat ərzində İranda 968 nəfər virusa yoluxub, 50 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 170 min 979 nəfər, ölənlərin sayı isə 131 min 83-ə çatıb.

Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 2 min 876 COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 6 milyon 4 min 277 xəstə sağalaraq evə buraxılıb.