09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Robot-printer ev tikəcək

24.08.2018

ABŞ-ın Texas ştatının Ostin şəhərində keçirilən "SXSW” konfransında 3D-printerin köməyi ilə betondan tikilən evin modeli təqdim edilib.
60 kvadratmetr sahəyə malik evin çap edilməsi prosesinə təxminən 48 saat sərf olunur. Tikinti üçün 10 min dollar xərclənir.
İstehsalçılar ümid edirlər ki, xərclərin optimallaşdırılması və avtomatlaşdırılmış printerin təkmilləşdirilməsi ilə tikintiyə sərf olunan vaxtı 12-24 saatadək azaltmaq mümkün olacaq.
Robot-printer avtomatlaşdırılmış layihələndirmə üçün standart proqram təminatının köməyi ilə yaradılan çertyojlar üzrə işləyir. Beləliklə, bu evlərin gələcək sahibləri şəxsi evlərini yarada və ya hazır olanlardan birini seçə biləcəklər.
Layihə "Icon” tikinti şirkəti və inkişaf edən ölkələrdə evlərin inşasına kömək göstərən "New Story” qeyri-kommersiya təşkilatı tərəfindən həyata keçiriləcək.
3D-çap texnologiyası ilə inşa ediləcək evlər ailələrə faizsiz ipoteka ilə 10 il müddətinə aylıq 30 dollar ödəmək şərti ilə veriləcək.