09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyaya gələn kimi taxta sahib oldu.

24.08.2018

"Dövran Media” maraqlı faktlara əsasən sizə məlumat verir ki, tarixdə taxta sahib olan ən gənc kral cəmi bir günlük olub. Belə ki, Avropanın bütün ənənələrinə zidd olaraq 17 may 1886-cı ildə anadan olmuş İspaniya kralı XIII Alfonsonu elə qundaqda ikən fəaliyyətdə olan monarx elan ediblər. Əlbəttə ki, körpə kral formal olaraq İspaniya hökmdarı idi. Həqiqətdə isə bütün öhdəliklər onun anasının üzərinə düşürdü. Fransanın Le Fiqaro qəzeti Alfonsonu tarixin ən xoşbəxt və sevimli hökmdarı elan etmişdi. Onun 16 yaşı tamam olanda bütün İspaniya öz kralının həddi-buluğa çatmasını bayram edirdi. Ölkədə təntənəli bal mərasimləri, festivallar və öküz yarışları keçirilirdi. Kral Alfonso İspaniyanı 1931-ci ilə kimi idarə etdi. Lakin sonra inqilab zamanı ölkəni tərk etmək məcburiyyətində qaldı.