30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dönərdən zəhərlənmə: İki nəfər xəstəxanalıq oldu

17.12.2021


Şəkidə iki qadın dönərdən zəhərlənib.

Rayon sakini Əntiqə Şəmmədova və Ülviyyə Şirəlizadə qida zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin araşdırma zamanı məlum olub ki, hər iki nəfər Şəkidə yerləşən "Gənclik” kafesində toyuq ətindən hazırlanan dönəri yedikdən sonra zəhərləniblər.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, Bakıda dekabrın 13-ü 1-i qadın, 7-si kişi olmaqla 8 nəfər "28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market”də toyuq dönərindən zəhərlənmişdi.