30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaçmaq istəyən sürücü yenidən qəza törədib

17.12.2021


Bakıda gənc qızı vuraraq ərazidən yayınan sürücü yenə qəza törədib
Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 Hadisə Binəqədi rayonunda qeydə alınıb. "Azadlıq” metrostansiyasının yaxınlığında Xəyal adlı sürücünün (soyadı dəqiqləşdirilir-red) idarə etdiyi "Ravon" markalı avtomobil piyada keçidində yolu keçən 22 yaşlı Məmmədova Sevinc Kamran qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, sürücü hadisə yerindən yayınarkən onun idarə etdiyi nəqliyyat vasitəsi digər avtomobillə toqquşub.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb. Fakt araşdırılır.