03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada Azərbaycan pomidoru standartlara uyğundurmu?

17.12.2021


Bir çox insanlar başqa ölkələrdən gətirilən qış meyvə və tərəvəzlərinin mütləq fərqli kimyəvi maddələrlə "doldurulduğuna” inanırlar. Bu söz-söhbətləri yoxlamaq üçün Rusiya Keyfiyyət Sistemi ("Roskaçestvo”) Azərbaycandan, həmçinin Tunis, Mərakeş və s. ölkələrdən gətirilən pomidorların (ancaq brend olanların) üzərində araşdırma aparıb.

Bu barədə "Roskaçestvo”nun tədqiqat departamentinin rəhbəri Liliya Kotelnikova məlumat verib.


"Nəticədə tərəvəzlərdə dövlət standartları ilə qadağan edilmiş nitratların və pestisidlərin (DDT və HCH) olmadığı müəyyən edilib”, - deyə mütəxəssis qeyd edib.

Onun fikrincə, hər bir halda ticari adı olan qablaşdırılmış tərəvəzləri almaq daha yaxşıdır.

Mütəxəssis nəzəri cəhətdən xarici istehsalçıların idxal olunan tərəvəz məhsullarının saxlama müddətini və xarici görünüşünü qorumaq üçün müxtəlif kimyəvi maddələrdən və pestisidlərdən istifadə edə biləcəyini qeyd edib.

"Bununla belə, araşdırmanın nəticələrinə görə, "Roskaçestvo” pomidorda təhlükəli qadağan olunmuş maddələr tapmayıb”, - deyə Liliya Kotelnikova sözlərini yekunlaşdırıb.