06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərxoş avtobus sürücüsü həbs edildi

16.12.2021


Narkotikin təsiri altında və sərxoş vəziyyətdə avtobus idarə edən şəxs həbs olunub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, dekabrın 13-də BDYPİ-nin YPX Alayının əməkdaşları Qaradağ postu kimi tanınan ərazidə "Mersedes-Benz" markalı, 90-FL-403 dövlət qeydiyyat nişanlı iritutumlu marşrut avtobusunu saxlayıb.

Sürücü İlham Fərman oğlu Hidayətovun hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Məlum olub ki, sürücü avtobusu narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edir. Ona bu əməlin ictimai təhlükəsi izah edilib.

Toplanan materiallar aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə vətəndaş İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati həbs olunub.