09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Rusiya baş nazirinin müavini: “Cənubi Qafqaz regionunda yolların açılması üçün çalışırıq"

16.12.2021


"Cənubi Qafqaz regionunda yolların açılması istiqamətində hərtərəfli işlər görülür”.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indi Avropa iqtisadi birliyi vahid istehsalat və mal nəqli sisteminin qurulduğu ayrıca makroregiona çevrilir.

O bildirib ki, MDB ölkələrinin hər birinin iqtisadi inkişaf sürəti onun yerli xüsusiyyətindən asılıdır.