09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çində internet istifadəçilərinin sayı 800 milyonu ötüb

24.08.2018

Çin İnformasiya İnternet Mərkəzinin hesabatına görə, bu ilin 6 ayı ərzində ölkədə internet istifadəçilərinin sayı 3,8 faiz (təxminən 30 milyon) artaraq 802 milyonu ötüb.
Məlumata görə, Çinin əhalisinin yalnız 58 faizinin internetə çıxış imkanı var. Onların əksəriyyəti (98 faiz və ya 788 milyon nəfər) mobil internetdən istifadə edir.
Noutbuk və ya kompüter üzərindən internetə çıxışı olan istifadəçilərin sayı 2017-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 4,1 faiz və 1,3 faiz azalıb.
Həmçinin mobil ödənişlərdən istifadə edən insanların sayı (2017-ci ilin sonu ilə müqayisədə 6 faiz daha çox) artmaqda davam edir.