01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni doğulanlarla, ölənlər arasında kəskin fərq

15.12.2021

 Ölkədə yeni doğulanların sayı kəskin azalıb, ölənlərin sayı artıb
2021-ci ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 92 150 doğulan körpə qeydə alınıb.
 Dövlət Statistika Komitəsindən  məlumatına əsasən, əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edir.

Doğulan körpələr arasında əkizlərin sayı 2 346 nəfər, üçəmlərin sayı 63 nəfər, dördəmlərin sayı isə 4 nəfər olub.

2021-ci ilin 10 ayında ölkə üzrə 62 151 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,4 təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış yeni doğulanların sayında 14 419 nəfər azalma, ölənlərin sayında isə 9 382 nəfər artım qeydə alınıb.