01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı ikiqat olimpiya çempionu Rusiyada federasiya prezidenti seçilib

15.12.2021

Azərbaycanlı ikiqat olimpiya çempionu Rusiyada federasiya prezidenti seçilib
Azərbaycanlı ikiqat olimpiya çempionu İlqar Məmmədov Rusiya Qılıncoynatma Federasiyasının (FFR) prezidenti seçilib.
 56 yaşlı mütəxəssis bu posta yeganə namizəd kimi qalib gəlib. O, yeni vəzifədə Aleksandr Mixaylovu əvəzləyib. Mixaylov FFR-ə 2009-cu ildən rəhbərlik edirdi.

Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. İ.Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi vəzifəsində çalışan Yaşar Məmmədovun oğludur.