01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni il şənliklərinə görə məktəb direktorlarına tapşırıqlar

15.12.2021

Bakı məktəblərində Yeni il şənlikləri ilə bağlı direktorlara tapşırıqlar verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında artıq bu barədə məktəb rəhbərliyinə tapşırıqlar verildiyini deyib.

O qeyd edib ki, pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzuolunan deyil:

"Təbii ki, valideynlərin bununla bağlı hər hansı təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik. Lakin bununla bağlı neqativ hal varsa, biz problemlərin həlli istiqamətində addımlar atmağa çalışacağıq. Ona görə belə hallarla rastlaşacaq şəxslər idarəyə müraciət edə bilərlər”.