09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Bakıda ödəmə terminalında oğurluq

15.12.2021

 Bakı sakini ödəmə terminalından oğurluq etdi

Dekabrın 9-da Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan "E-Manat” ödəmə terminalı sındırılaraq içərisində 1 011, obyektin kassasından isə 306 manat pul naməlum şəxs tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə barədə ərazi üzrə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Röyal Məmmədyarov saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib. Onun marketə daxil olaraq oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib.

Qeyd edək ki, bu şəxs əvvəllər də paytaxt ərazisində quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi üçün saxlanılıb və məhkum edilib.