01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstan-Azərbaycan sərhəddində yeni yolun inşası

15.12.2021


Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yolun inşasına başlanılır

Gürcüstanda Tbilisi-Saqareco avtomobil yolunun tikintisinə başlanılır.
Bu barədə ölkənin Avtomobil Yolları Departamentindən bildirilib.

Layihə çərçivəsində trassanın iki hissəsinin inşasına dair saziş imzalanıb.

Tbilisi-Saqareco yolu Azərbaycanın şimal-qərb regionuna aparan tranzit dəhlizin bir hissəsidir. Yolun tikintisi başa çatdırlandan sonra nəqliyyat axınlarının intensivliyi əhəmiyyətli dərəcədə artacaq.

Departamentdən qeyd olunub ki, yeni yolun inşası hərəkətin təhlükəsizliyini artıracaq və yola sərf olunan vaxtı qısaldacaq. Layihə Kaxeti bölgəsinin kənd təsərrüfatı və turizm sahələrinin inkişafına dəstək verəcək və Gürcüstan üzərindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətini yüksəldəcək.

Tbilisi-Saqareco hissəsində dörd zolaqlı 31,5 kilometr uzunluqda asflat-beton örtüklü yol çəkiləcək. Layihə dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. Yolların layihələndirilməsini Avstriya və ABŞ şirkətləri Dünya Bankının dəstəyi ilə həyata keçirib.

Tikinti işlərini tenderdə qalib gəlmiş şirkətlər aparacaq. Yeni yolun 2-2,5 ildən sonra istifadəyə verilməsi nəzərdə tutulub.