01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın dövlət katibi Türkiyənin Ermənistanla bağlı qərarını dəstəkləyib

15.12.2021

ABŞ-ın dövlət katibi Türkiyənin Ermənistanla bağlı qərarını dəstəkləyib

ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla əlaqələrin normallaşdırılacağı ilə bağlı fikirlərinə münasibət bildirib.

Devran Medianın xəbərinə görə, E.Blinken deyib ki, rəsmi Ankaranın Ermənistanla dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcəyi barədə qərarını dəstəkləyirlər.

"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistanın iki ölkə arasında əlaqələrin normallaşması üçün dialoqa başlamaqla bağlı xüsusi nümayəndələr təyin edəcəklərinə dair qərarlarını məmnuniyyətlə qarşılayır və tam dəstəkləyirik”, - dövlət katibi tviter hesabında yazıb.

Qeyd edək ki, M.Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində addımların atılacağını bildirmişdi: "Yaxın vaxtda Ermənistanla əlaqələrin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin edəcəyik. Hər addımla Azərbaycanla birlikdə hərəkət edəcəyik”.