09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Android Go” ilə işləyən ilk smartfon

24.08.2018

"Samsung” şirkəti smartfon istehsalı üzrə yenidən "Google” ilə əməkdaşlığa başlayıb. Bunun nəticəsi kimi "Galaxy J2 Core” smartfonu təqdim edilib.
 Yeni aparat "Android Go” sisteminin sadələşdirilmiş versiyasının idarəetməsi altında işləyir. Buna görə smartfonun texniki xüsusiyyətləri zəifdir.
"hi-tech.mail.ru” xəbər verir ki, "Galaxy J2 Core” smartfonu "qHD” (540×960 piksel) təsvir ölçülü 5 düymlük "Super AMOLED” displeyi ilə təchiz edilib. Korpus plastikdən hazırlanıb, displeyin aşağı hissəsindəki "Home" düyməsi və sensor klavişlər ləğv edilib: yalnız ekran vasitəsilə idarəetmə mümkündür.
Smartfonun əsas kamerasının təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Ön kamera isə 5 meqapiksellik sensorla təchiz edilib. İki SİM-kart üçün slot və LTE şəbəkə dəstəyi mövcuddur. Smartfonun dəqiq qiyməti məlum olmasa da, 100 dollardan aşağı olacağı təxmin edilir.