30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

21 yaşlı qızın intiharının səbəbi

14.12.2021

Azərbaycanda 21 yaşlı qızın intiharının TƏFƏRRÜATI: Cibindən məktub çıxdı
Salyanda gənc qızın intihar etməsinin təfərrüatı məlum olub.

Rayonun Ərəbqardaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Bağırova Könül Şakir qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib. Onun cansız bədənini axşam saatlarında atası aşkar edib.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib.
Zəhmətkeş ailədə doğulan K.Bağırova əvvəllər nişanlı olub və nişanlısının çox qısqanc olması səbəbi ilə qızın ailəsi nişanı qaytarıb.
Yaxınlarının bildirdiyinə görə, olduqca ağıllı və tərbiyəli olan K.Bağırovaya başqa bir oğlan elçi düşüb. Hər iki tərəfin razılığı ilə gənclər nişanlanıblar. Bir neçə gündən sonra baş tutacaq nişan mərasiminə hazırlıqlar da görülübmüş.

Yaxınlarının sözlərinə görə, qızın əvvəllər nişanlı olmasını indiki nişanlısının ailəsindən gizlədilib. Hadisənin üstü açılandan sonra isə qızın ikinci dəfə nişanının qaytarılacağı barədə söz-söhbət yayılıb. Bütün olanların gərginliyini yaşayan K.Bağırova çıxış yolu kimi özünə qəsd edib. Onun üzərində olan kağız parçasında yazılıb: "Mənim ölümümdə heç kəs günahkar deyil”.

Faktla bağlı araşdırma aparılır.