09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“McDonald's” salatından 500 insan zəhərlənib

24.08.2018

ABŞ-ın müxtəlif yaşayış məntəqələrində "McDonald's” sürətli qida restoranları şəbəkəsində verilən salatdan 500-dən çox insan zəhərlənib.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə ölkənin qida məhsullarına və dərman preparatlarına nəzarət idarəsindən bildiriblər.
"2018-ci il avqustun 23-nə olan məlumata əsasən, "McDonald's” restoranlarında salatla qidalanan 507 insanda siklosporozla zəhərlənmə faktı laborator təsdiqini tapıb. ABŞ-ın 15 ştatından və Nyu-York şəhərindən zəhərlənmə barədə müraciətlər daxil olub”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, iyul ayının ortalarında İllinoys və Ayova ştatlarında yerləşən restoranlar şəbəkəsində 105 nəfərin zəhərlənməsindən sonra "McDonald's” təxminən 3 min müəssisədə salat satışını dayandırmışdı.
Siklosporoz insandan insana keçmir və simptomları yoluxmadan bir həftə sonra üzə çıxır. Zəhərlənmə ishal, zəiflik, iştahasızlıq, hərarət və ürəkbulanma ilə müşayiət olunur.
"McDonald's” dünyanın ən iri sürətli qida restoranları şəbəkələrindən birinə malikdir. Əsası 1940-cı ildə Kaliforniya ştatının San-Bernardino şəhərində qoyulub. Hazırda onun mənzil qərargahı İllinoys ştatının Çikaqo şəhərindədir. Kompaniya dünyanın 100-dən artıq ölkəsində 37 mindən çox restorana malikdir.