ABŞ Ukraynaya görə Avropaya hərbçi göndərmək barədə düşünür  
    
                          
     
                         14.12.2021
 
    
                        ABŞ Ukraynaya görə Avropaya hərbçi göndərmək məsələsini nəzərdən keçirir
Amerika Birləşmiş Ştatlar Ukrayna ilə bağlı vəziyyət gərginləşəcəyi halda Şərqi Avropaya hərbçilərini göndərmək imkanlarını nəzərdən keçirir.
Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki danışıb.
"Əgər 2014-cü ilə baxsaq, görərik ki, NATO tərəfdaşımız olan bir çox ölkələr dəstək, hərbi iştirakı genişləndirmək və ya əlavə hərbçilərin yerləşdirilməsini istədilər”, - deyə C.Psaki bildirib.
Mənbə: RT