30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÜST-dən Yeni Xəbərdarlıq

14.12.2021

 ÜST-dən xəbərdarlıq: Pandemiyadan sonra dünyada daha böyük problemlər yaranacaq

 Pandemiyadan sonra dünyada daha böyük problemlər yaranacaq
Bəşəriyyət pandemiyadan sonra başqa, daha ciddi təhlükələrlə üzləşəcək.

Devran Medianin xarici mətbuata istinadən məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus xəbərdarlıq edib.

"Pandemiya başa çatdıqda, biz əvvəl olduğundan daha böyük çətinliklərlə üzləşəcəyik: yoxsulluq, aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər, iqlim dəyişikliyi və s", - o deyib.

O əlavə edib ki, indi insanlar sağlamlığın dəyəri haqqında təsəvvürləri əsaslı şəkildə dəyişdirməlidirlər. Tedros Adanom Qebreyesusun sözlərinə görə, dünyada iqtisadi artım bütün planetin rifahına əsaslanmalıdır.

ÜST rəhbəri səhiyyə xərclərinə deyil, gələcək sərmayələrə baxmağa çağırıb.