29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mahir Emreli Polşanı tərk etmək istəyir

14.12.2021


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya” klubundan ayrılmaq fikrinə düşüb.

Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Orada bildirilib ki, 24 yaşlı forvard klubun günahı ucbatından müqaviləni pozmaq şanslarının nə qədər olduğunu öyrənmək üçün hüquqşünaslarla əlaqə saxlayıb. Onu bu fikrə Plotsk "Visla”sı ilə matçdan sonra bazada azarkeşlər tərəfindən hücuma məruz qalmaları salıb.

Qarşıdurma nəticəsində döyülənlərdən biri olduğu deyilən Emrelinin müayinə üçün xəstəxanaya getdiyi və həkimlərin ona iki günlük istirahət tövsiyə etdiyi vurğulanıb. Yığmamızın aparıcı üzvünün "Zaqlembye”yə qarşı sabah keçiriləcək Polşa Ekstraklasasının III turundan təxirə salınan görüşündə iştirakının sual altında olduğu yazılıb.

Qeyd edək ki, yayda "Qarabağ”dan "Legiya”ya keçən Mahir Emreli Varşava təmsilçisi ilə 3+1 illik müqavilə imzalayıb.